• Bakı 16° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.9277

    RUB - 2.0509

Lənkəranda avtomobil piyadanı vurub

HADİSƏ

30 Noyabr 2024 | 19:17

Lənkəranda avtomobil piyadanı vurub

Lənkəranda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə axşam saatlarında Lənkəran şəhərinin Zərifə Əliyeva küçəsində qeydə alınıb.

Hərəkətdə olan "Qazel" markalı nəqliyyat vasitəsi, yolu əks istiqamətə keçmək istəyən Lənkəran şəhər sakini 1982-ci il təvəllüdlü Gülnarə Sucəddin qızı Əliyevanı vurub. Hadisəni törədən sürücü xəsarət alan qadını öz maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan G.Əliyeva reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR