• Bakı 30° C

    7.19 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Sabirabad sakinləri elektrik dirəyindən yıxılıb: 1 ölü, 1 yaralı

HADİSƏ

30 Noyabr 2024 | 17:14

Sabirabad sakinləri elektrik dirəyindən yıxılıb: 1 ölü, 1 yaralı

Sabirabad rayonunun iki sakini elektrik dirəyindən yıxılıb, biri ölüb, digəri isə ağır yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Salyan və Biləsuvar rayonlarının sərhədndə qeydə alınıb.

İlkin məlumata görə, sözügedən ərazidə Sabirabad rayon sakinləri, 1989-cu il təvəllüdlü Manafov Novruz Yarməmməd oğlu və 1998-ci il təvəllüdlü Gülməmmədov Aqşin Gülağa oğlu elektrik xətlərini çəkərkən 15-20 metr hündürlükdə olan elektrik dirəyindən yıxılıb.

Hadisə nəticəsində hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən N.Manafov yolda ölüb. İlkin tibbi yardım göstərilən A.Gülməmmədovun vəziyyəti ağır olduğundan, onun Bakıya göndəriləcəyi gözlənilir.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

26 Iyul 2025