• Bakı 18° C

    2.29 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.1022

33 yaşlı qadın itkin düşüb - FOTO

HADİSƏ

30 Noyabr 2024 | 12:55

33 yaşlı qadın itkin düşüb - FOTO

Cəlilabadda 33 yaşlı qadın itkin düşüb.

DİN-in Mətbuat xidmətinin Cənub regional qrupundan Bakıvaxtı.az-a verilən xəbərə görə, Cəlilabad rayonunun Hacıməmmədli kənd sakini, 1991-ci il təvəllüdlü Heydərova Leyla Hikmət qızı 24.11.2024-cü il tarixdə yaşadığı evdən çıxıb və indiyədək qayıtmayıb.

Leyla Heydərovanın əlamətləri bunlardır:

Boyu 170 sm, gözləri qəhvəyi rəngdədir. Evdən çıxan zaman əynində qara rəngli köynək, qara şalvar, ağ idman ayaqqabısı, boz rəngli gödəkçə olub.

Onun barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinin 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


SON XƏBƏRLƏR

22 Aprel 2025