Təyyarə qəzasında həlak olan Balakən sakini Rəna Yeznayeva dəfn olunub.
Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, mərhumun nəşi Yeni Şərif kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində R Yeznayevanın yaxınları, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
10:52
Təyyarə qəzasında həlak olan Balakən rayonundan olan sonuncu sərnişinin nəşi dekabrın 30-u səhər saatlarında ailəsinə təhvil verilib.
Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, bu, Yeni Şərif kənd sakini, 1969-cu il təvəllüdlü Rəna Abbas qızı Yeznayevadır.
O, Yeni Şərif kənd qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, Aktauda qəzaya uğrayan təyyarənin sərnişinlərindən 15 nəfəri Balakən sakini olub, onlardan 9-u həlak olub.