• Bakı C

    1.74 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

Saxta pul dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

HADİSƏ

02 Yanvar 2025 | 13:19

Saxta pul dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində saxta pulların dövriyyəsi ilə məşğul olan Mərahim Fərəcovun saxlanılması istiqamətində əməliyyat tədbiri keçirilib. 

DİN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, bu zaman adıçəkil şəxs özünə xəsarət yetirərək məsuliyyətdən yayınmağa çalışıb. Onun bu cəhdinin qarşısı polis əməkdaşları tərəfindən alınıb və sonuncu saxlanılaraq istintaqa təhvil verilib.

Həmin şəxsdən psixotrop maddə olan metamfetamin, eləcə də saxta pul əskinasları götürülüb.

Faktla əlaqədar Şirvan ŞPŞ-də cinayət işi açılıb, M.Fərəcov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır.


SON XƏBƏRLƏR

04 Yanvar 2025