Həkimlər aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, süni tənəffüs aparatına qoşulub.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova apa-nın sorğusuna cavab olaraq bildirib.
O bildirib ki, hazırda aktyorun vəziyyəti kritik ağır olaraq qalmaqdadır: "Xəstənin bir müddət öncə ürək fəaliyyəti dayanıb. Həkimlərin səyi nəticəsində ürək fəaliyyəti bərpa olunub. Xəstə süni tənəffüs aparatına qoşulub. Vəziyyəti həddən artıq ağır kritik olaraq qalır".
***
16:50
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsində koma vəziyyətində olan aktyor vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə klinikadan bildirilib.
***
16:41
Vəfat xəbəri yayılan aktyor Azər Baxşəliyev koma vəziyyətində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Bakıvaxtı.az "Report"a istinadla xəbər verir ki, aktyor ötən gecə ağır vəziyyətdə tibb müəssisəsinə gətirilib.
Qurumun mətbuat katibi Günel Aslanova qeyd edib ki, Azər Baxşəliyev gətirilərkən koma vəziyyətində olub və dərhal Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır, aparata qoşulub.
***
15:54
Aktyor Azər Baxşəliyev vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, aktyorun uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkdiyi bildirilir . Məlumata görə, aktyor uzun müddətdir böyrəkköçürmə əməliyyatı üçün donor axtarırdı.