Moldovaya Aİ-nin idxal kvotasını 315 MVt-dan 600 MVt-a qədər artırmaq hüququ verilib ki, bu elektrik enerjisi digər idxalçılar tərəfindən istifadə olunmayacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rumıniyanın energetika naziri Sebastian Burduja feysbukda yazıb.
Hazırda Moldova və Ukraynanın ümumi kvotası 2100 MVt təşkil edir ki, bunun da 315 MVt-ı Moldovaya, qalanı isə qonşu ölkəyə aiddir.
Moldovanın pik saatlarında istehlakı 800 MVt-a çatır ki, bunun təxminən 177-185 MVt-ı İEM-in, daha 32-57 MVt-ı isə bərpa olunan enerji mənbələrinin payına düşür.
Hökumətin planlarına görə, qalan elektrik enerjisini Moldova idxal etməlidir. Kişineu Buxarestdən 400 kV-luq İsakça-Vulkaneşti xətti və Prut çayından keçən 110 kV-luq dörd xətt: Stınka, Sutsora, Huş və Falçiu vasitəsilə elektrik enerjisi ala bilər.
Daha əvvəl Moldova Energetika Nazirliyi Ukrayna istifadə etmədiyi təqdirdə elektrik enerjisinin idxal kvotasının 315 MVt-dan 415 MVt-a qədər artırılması hüququ əldə etdiyini bildirmişdi.