• Bakı 24° C

    5.03 m/s

Manatla geniş pul kütləsi 3 %-dən çox artıb

İQTİSADİYYAT

01 Fevral 2025 | 09:55

Manatla geniş pul kütləsi 3 %-dən çox artıb

Bu ilin yanvarın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 46 milyard 494,8 milyon manat təşkil edib.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 4 % çox, 2024-cü ilin əvvəlinə nisbətən 3,2 % çoxdur.

O cümlədən, manatla pul kütləsinin (M2 aqreqatı) həcmi ötən ilin dekabrın 31-nə 36 milyard 652 milyon manat təşkil edib. Bu, aylıq göstəricidən 5,8 %, 2024-cü ilin əvvəlinə nisbətən 3,6 % çoxdur.

Hesabat dövrünə M1 pul aqreqatı 29 milyard 647,2 milyon manat olub ki, bu da, aylıq müqayisədə 7 % çox, 2024-cü ilin əvvəlinə nisbətən 0,1 azdır.

2024-cü ilin dekabrın 31-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) 15 milyard 857,9 milyon manat təşkil edib. Bu, aylıq müqayisədə 1,6 % çox, ötən ilin əvvəlinə nisbətən 0,1 % azdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026