• Bakı C

    7.23 m/s

  • USD - 1.7

    EUR - 1.771

    RUB - 1.9004

"Bitcoin"in qiyməti yenidən 90 min dolları ÖTDÜ

İQTİSADİYYAT

03 Mart 2025 | 09:30

Bitcoinin qiyməti yenidən 90 min dolları ÖTDÜ

Martın 3-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti yenidən 90 min dolları ötüb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 08:40-də “CoinMarketCap” platformasında 90 dollar həddini keçib. Hazırda isə 92 min 994 ABŞ dollarına qədər yüksəlib. Başqa sözlə, son bir gündə 8,5% bahalaşıb.

    Paralel olatraq "Ethereum"un qiymətində də artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 10,1% artaraq 2 450 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 25,1%, Cardano 61,5%, Solano isə 18,1% bahalaşıb.

    Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.


    SON XƏBƏRLƏR