Yanvarın 1-də saat 20 radələrində Şamaxı şəhərində 43 yaşlı Zaur Osmanovla iki qardaş 42 yaşlı Məqatil Alıyev və 53 yaşlı Vüqar Alıyev arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.
Bakıvaxtı.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin regional qrupundan əldə olunan məlumata görə, tərəflər mübahisə zəminində bir-birlərinə kəsici alətlə xəsarət yetiriblər.
Nəticədə V.Alıyev aldığı xəsarətlərdən ölüb, digər iki nəfər isə xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.