• Bakı 23° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Aİ-nin iqtisadi yardımının ilk tranşı Misirə çatıb

DÜNYA

02 Yanvar 2025 | 13:35 | Müəllif: Gülşən Şərif

Aİ-nin iqtisadi yardımının ilk tranşı Misirə çatıb

Avropa İttifaqının iqtisadi yardımının ilk tranşı 27 dekabr 2024-cü ildə Misir Mərkəzi Bankının hesabına daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qahirədə keçirilən mətbuat konfransında respublikanın baş naziri Mustafa Madbouli məlumat verib.

Baş nazirin sözlərinə görə, 2024-cü ildə Misirin ÜDM artımı 3,5% təşkil edib. O, bu göstəricini “hakimiyyətin düzgün istiqamətdə irəliləyişinin əlaməti” kimi qiymətləndirib. Mustafa Madbouli əlavə edib ki, dekabrın 25-də Beynəlxalq Valyuta Fondu tərəfindən Misirə 1,2 milyard dollar məbləğində kredit ayrılması ölkənin iqtisadi etimadını bir daha təsdiqləyir.

Hazırda Avropa İttifaqının növbəti tranşlarının Misir Mərkəzi Bankının hesablarına daxil olma vaxtı müəyyən edilməyib.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026