• Bakı 12° C

    0.57 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Venesualada 6 ABŞ vətəndaşı sərbəst buraxılıb

DÜNYA

01 Fevral 2025 | 12:00 | Müəllif: Əli Hüseynov

Venesualada 6 ABŞ vətəndaşı sərbəst buraxılıb

Venesuela Prezidenti Nikolas Maduro ABŞ-nin xüsusi nümayəndəsi Riçard Qrenell ilə Karakasdakı Miraflores Sarayında görüş keçirib.

Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Məkumata görə, görüşdə iki ölkə arasındakı münasibətlər, ABŞ-nin tətbiq etdiyi sanksiyalar və Venesuelada saxlanılan amerikalıların vəziyyəti müzakirə edilib.

ABŞ ilə əlaqələrin bərpasına hazır olduqlarını bildirən Venesuela hökuməti 6 amerikalının azad edildiyini açıqlayıb. Qrenell "X" sosial şəbəkəsində ABŞ vətəndaşları ilə birlikdə təyyarədə çəkilmiş foto paylaşaraq, onların Donald Trampla danışdığını və minnətdarlıqlarını ifadə etdiyini bildirib.

Xatırladaq ki, ABŞ Venesuelanın deportasiya edilən vətəndaşlarını qəbul etməsini istəyib. Azad edilən şəxslər “terror aktları planlaşdırmaq” ittihamı ilə həbs edilmişdi.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026