• Bakı C

    1.74 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

BMT Ukraynanı səfərbərlik şərtlərini pozmaqda ittiham edib

DÜNYA

01 Yanvar 2025 | 20:05

BMT Ukraynanı səfərbərlik şərtlərini pozmaqda ittiham edib

"Ukrayna səfərbərlik zamanı öz konstitusiya normalarını və beynəlxalq öhdəliklərini pozur".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının hesabatında deyilir.

Hesabatda həmçinin qeyd olunub ki, rəsmi Kiyevin Ukrayna Pravoslav Kilsəsinə qoyulan qadağanın qanuniliyi ilə bağlı iddiaları kifayət qədər sübutlarla dəstəklənmir.

Bu yaxınlarda Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı (2014-2019) Viktor Mujenko Ukrayna ordusunda hərbi xidmətə çağırış yaşının 18 və ya 20 ilə endirilməsinin zəruriliyini etiraf edib.

Bundan əvvəl Ukrayna mediası Radada səfərbərlik yaşının aşağı salınması layihəsinin artıq müzakirə olunduğunu yazmışdı.


SON XƏBƏRLƏR

04 Yanvar 2025