2024-cü ildə Avropa İttifaqında kommersiya uçuşlarının sayı 6,7 milyon təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 5,8% çoxdur.
Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu, Aİ-nin Eurostat statistika idarəsinin hesabatında yer alıb.
Hesabata görə, qeyri-müntəzəm reyslər çarter uçuşların ümumi sayının 8,7%-ni təşkil edib.
"Amsterdam Schiphol" hava limanı keçən il ən çox uçuş həyata keçirib. Sonrakı yerləri "Paris Şarl de Qoll" və "Frankfurt-Mayn" hava limanı (437 min) tutub.
Ən işlək hava limanlarına Madrid, Barselona, Münhen, Roma, Afina, Vyana və Dublin də daxildir.
Eurostatın kommersiya hava səyahəti konsepsiyasına sərnişin, yük və poçt reysləri daxildir.
Gülşən Şərif