• Bakı C

    9.46 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.9384

Türkiyə və Britaniya Ankarada Suriyanı müzakirə edəcək

DÜNYA

02 Mart 2025 | 12:12

Türkiyə və Britaniya Ankarada Suriyanı müzakirə edəcək

Martın 4-də Ankarada Türkiyə ilə Böyük Britaniya arasında Suriya ilə bağlı siyasi məsləhətləşmələr aparılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Qeyd olunub ki, Türkiyə tərəfindən nümayəndə heyətinə xarici işlər nazirinin müavini Nuh Yılmaz, Britaniya tərəfindən isə xarici işlər nazirliyinin Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistan üzrə nümayəndəsi Hamiş Falkoner rəhbərlik edəcək.

Məsləhətləşmələr zamanı Suriya ilə yanaşı, qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunacaq.

N.Yılmaz görüşdə qarşı tərəfə rəsmi Ankaranın Suriyanın təhlükəsizliyi, sabitliyi və iqtisadi vəziyyəti ilə bağlı fikirlərini və gözləntilərini çatdıracaq.

Həmçinin Suriyanın yenidən qurulması və iqtisadi inkişafı üçün heç bir ilkin şərt qoyulmadan sanksiyaların tamamilə ləğv edilməsinin vacibliyinin vurğulanması da nəzərdə tutulur.


SON XƏBƏRLƏR

02 Mart 2025