Hind okeanı üzərində uçan sərnişin təyyarəsində panika yaranıb.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, Endoneziyanın Bali adasından Avstraliyanın Melburn şəhərinə uçan Jetstar aviaşirkətinə məxsus təyyarədə bir sərnişin uçuş zamanı qapını açmağa çalışıb və ekipaj üzvlərinə qarşı aqressiv davranıb.
Təyyarə Hind Okeanı üzərində olarkən təhlükəsizlik səbəbilə geriyə – Baliyə qayıdıb. Hadisədən sonra sərnişin yerli təhlükəsizlik qüvvələri tərəfindən təyyarədən endirilib. Son illərdə oxşar halların artması səbəbilə hava yollarında təhlükəsizlik qaydaları daha da sərtləşdirilir.