• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Lavrov: Moskva və Vaşinqton müharibənin qarşısını almağa borcludurlar

DÜNYA

02 Mart 2025 | 14:20 | Müəllif: Subhan Mahmudov

Lavrov: Moskva və Vaşinqton müharibənin qarşısını almağa borcludurlar

“Moskva və Vaşinqton Ər-Riyadda keçirilən danışıqlarda etiraf ediblər ki, qlobal gündəmdəki bütün məsələlərdə eyni düşünə bilməzlər, lakin hər iki tərəf müharibənin qarşısını almağa borcludur”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Krasnaya Zvezda” nəşrinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Biz heç vaxt dünya siyasətinin hər bir məsələsində eyni cür düşünməyəcəyik. Biz bunu Ər-Riyadda etiraf etdik. Amerikalılar da bunu etiraf etdilər. Onlar özləri, əslində, bunu deyiblər”, - Rusiya XİN rəhbəri bildirib.

Lavrov qeyd edib ki, Rusiya və ABŞ bir tərəfdən ümumi maraqlar tapıb çoxlu qarşılıqlı faydalı işlər görə bilər, digər tərəfdən isə maraqların uyğunsuzluğu halında hər şeyi müharibə vəziyyətinə salmamağa borcludurlar./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026