“Firefly Aerospace” şirkətinin “Blue Ghost” kosmik gəmisi bu gün Aya eniş edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə NASA-dan məlumat verilib.
Məlumata görə, eniş Bakı vaxtı ilə saat 12:34-də baş tutub.
Modulun Ayın görünən tərəfindəki Latreyl dağı yaxınlığında səthdə aktiv işi 14 gün davam edəcək.
Qurğu yanvarın 15-də “Speys X”ın “Falcon 9” raketi ilə buraxılıb