Qroznı hava limanında təyyarələrin enişi və uçuşu ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rosaviasiyadan məlumat verilib.
"Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Moskva vaxtı ilə saat 09:36-da (Bakı vaxtı ilə 10:36) Qroznı hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, - məlumatda qeyd olunub.
Hazırda hava limanı təyyarələrin qəbulunu və uçuşunu dayandırıb.