2024-cü ildə Ukraynada ölüm nisbəti doğum nisbətini 2,8 dəfə üstələyib.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu, Ukrayna Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında hesabatında yer alıb.
Hesabata görə, 2024-cü ildə Ukraynada 49 509 ölüm halı qeydə alınıb, 17 669 uşaq doğulub.
Ukraynanın əməkdar həkimi Olqa Boqomolets bildirib ki, ukraynalılar miqrasiya və hərbi itkilər nəzərə alınmasa belə, 180 ildən sonra tamamilə yox olmaq təhlükəsi ilə üzləşiblər.
Gülşən Şərif