Rusiya müharibənin 1103-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 656 təyyarəsi, 283 helikopteri, 45 086 PUA-sı, 600 zenit-raket kompleksi, 21 954 tank və digər zirehli texnikası, 1 523 reaktiv yaylım atəş sistemi, 22 200 artilleriya və minaatanı, 32 377 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.