• Bakı 17° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Avropada təbii qaz qiymətləri azalıb

İQTİSADİYYAT

01 Yanvar 2025 | 21:25 | Müəllif: Gülşən Şərif

Avropada təbii qaz qiymətləri azalıb

 Avropada orta qaz qiyməti 2024-cü ilin nəticələrinə görə 17% azalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu, "London ICE" birjasının məlumatlarından bəlli olub.

Birjanın məlumatına görə, 2024-cü ilin sonunda qaz qiyməti 1000 kubmetr üçün 387 dollara düşüb. Bir il əvvəl qiymət 464 dollar, 2022-ci ildə isə 1400 dollar təşkil edib.

Bununla belə, 31 dekabr 2024-cü ildə ticarət təxminən 539 dollar səviyyəsində bağlanıb ki, bu da ötən ayın sonu ilə müqayisədə 3.5% çox və 2024-cü ilin sonu ilə müqayisədə 47% yüksəkdir.

2024-cü ilin son günlərində qiymət artımı Rusiya qazının Ukrayna üzərindən Avropaya tranzitinin dayandırılması gözləntisi fonunda baş verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026