• Bakı 20° C

    5.96 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Pakistan Milli Assambleyasının sədri Azərbaycanın İslamabaddakı səfirliyində olub

SİYASƏT

02 Yanvar 2025 | 14:45 | Müəllif: Əli Hüseynov

Pakistan Milli Assambleyasının sədri Azərbaycanın İslamabaddakı səfirliyində olub

Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq Azərbaycanın İslamabaddakı səfirliyində olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib.

“A.Sadiq AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insan tələfatı ilə bağlı Azərbaycan hökümətinə və xalqına dərin hüznlə başsağlığı verib və xəsarət alanlara şəfa diləyib”, - məlumatda bildirilib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. İlkin məlumata görə, təyyarə fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026