• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

 Netanyahu Trampın andiçmə mərasimində iştirak etməyi planlaşdırır

DÜNYA

01 Yanvar 2025 | 21:19 | Müəllif: Gülşən Şərif

Netanyahu Trampın andiçmə mərasimində iştirak etməyi planlaşdırır

İsrailin baş naziri Binyamin Netanyahu bu yaxınlarda cərrahi əməliyyat keçirməsinə baxmayaraq, yanvarın 20-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimində iştirak etməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Məlumata görə, dekabrın 31-də qarşıdan gələn səfərin maddi-texniki bazasının işlənib hazırlanması üçün məsləhətləşmələr aparılıb.

“The Times of Israel”in qeyd etdiyi kimi, İsrail tərəfi Netanyahunun səhhəti ilə yanaşı, onun Beynəlxalq Cinayət Məhkəməsinin həbsinə dair orderdən də narahatdır. Nəşr qeyd edir ki, İsrailin baş nazirinin təyyarəsi ABŞ-a gedən ölkələrdən birinə təcili eniş edəcəyi təqdirdə, bu dövlətlərin hakimiyyət orqanları əmri icra edə bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026