“Mən ölkəmizə gələn cinayətkarların burada olan cinayətkarlardan dəfələrlə pis olduğunu deyəndə bu bəyanat Demokratlar və saxta xəbərlər mediası tərəfindən daim təkzib edildi, lakin bunun həqiqət olduğu ortaya çıxdı”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Yeni Orleanda baş vermiş hücumla bağlı deyərək, hadisədə Prezident Cozef Baydenin dövründə ölkədə qanunsuz miqrasiya siyasətini günahlandırb.
“Ölkəmizdə cinayət dərəcəsi indiyədək görünməmiş səviyyədədir. Ürəyimiz bütün günahsız qurbanlar və onların yaxınları, o cümlədən Yeni Orlean polisinin cəsur zabitlərinin yanındadır. Tramp administrasiyası bu qəddarlıq aktından sonrakı bərpa prosesində və hadisənin araşdırılmasında Yeni Orlean şəhərinin rəhbərliyini tam dəstəkləyəcək”, - deyə yeni prezident əlavə edib.