• Bakı C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.9384

Türkiyə MN Azərbaycan hərbçilərinin təlimindən görüntülər paylaşdı

CƏMİYYƏT

31 Yanvar 2025 | 21:21

Türkiyə MN Azərbaycan hərbçilərinin təlimindən görüntülər paylaşdı

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanın da iştirak etdiyi “Qış təlimi-2025” hərbi təlimlərindən yeni görüntülər paylaşıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.

“Bizi nə qar, nə şiddətli soyuq, nə də çətin relyef dayandıra bilər. Qar, soyuq və çətinliklər qarşısında birləşən güc hər zaman hədəfə çatar. Dost və müttəfiqlərlə qışın sərtliyinə baxmayaraq, hədəfləri vurmağa davam edirik. Yanvarın 20-də Qarsda başlayan, dost və müttəfiq ölkələrin də iştirak etdiyi “Qış təlimi-2025” uğurla davam edir”, - deyə paylaşımda bildirilib.


SON XƏBƏRLƏR

01 Mart 2025