• Bakı C

    9.46 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.9384

Binəqədidə ağac kəsilib - Baş Prokurorluğa müraciət olunacaq

CƏMİYYƏT

02 Mart 2025 | 16:25

Binəqədidə ağac kəsilib - Baş Prokurorluğa müraciət olunacaq

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsində ağac kəsintisi faktı aşkar edilib.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.

Faktla bağlı akt tərtib olunub. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır.

Kəsilmiş ağacların yerinə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin təşkilatçılığı və dəstəyi ilə ərazidə yaşayan sakinlərlə birgə yeni ağaclar əkilib.


SON XƏBƏRLƏR

02 Mart 2025