• Bakı C

    9.46 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.9384

Yeddi şagird imtahandan XARİC EDİLDİ

CƏMİYYƏT

02 Mart 2025 | 15:38

Yeddi şagird imtahandan XARİC EDİLDİ

Bu gün Dövlət İmtahan Mərkəzinin (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış imtahanına gələn 6 şagirddə mobil telefon, 1 nəfərdə ağıllı saat aşkarlanıb və imtahandan xaric ediliblər.

DİM-dən Bakıvaxtı.az-a verilən məlumata görə, iki nəzarətçi isə iştirakçılara kömək etməyə cəhd etdiyi üçün imtahandan kənarlaşdırılıb.

Vurğulanıb ki, qeyd olunan hallarla bağlı araşdırma aparılır.

Bildirilib ki, imtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, etibarlılıq müddəti başa çatan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.


SON XƏBƏRLƏR

02 Mart 2025