Sabah Ramazan ayının üçüncü günüdür.
Bakıvaxtı.az Qafqaz Müsəlmanlar İdarəsinin tərtib etdiyi cədvələ əsasən xəbər verir ki, orucluğun 3-cü gününün imsak vaxtı 05:46-da, iftar vaxtı isə 18:49-da olacaq.
İmsak duası:
"İlahi, bu gün mənə hüşyarlıq və ayıqlıq ruzisini əta et, məni səfehlik və dərrakəsizlikdən uzaqlaşdır. Bu gün göndərdiyin hər şeydə mənə xeyir nəsib et. Səxavətinə and verirəm, ey səxavətlilərin ən səxavətlisi!"
İftar duası:
"İlahi, Sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən, Sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğrifət Sahibi, günahlarımı bağışla!"