• Bakı C

    9.46 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.9384

Hava ilə bağlı XƏBƏRDARLIQ: Güclü külək olacaq

CƏMİYYƏT

02 Mart 2025 | 13:06

Hava ilə bağlı XƏBƏRDARLIQ: Güclü külək olacaq

Milli Hidrometeorologiya Xidməti martın 3-ü gündüzdən 4-ü gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Bu barədə Bakıvaxtı.az-a Xidmətdən bildirilib.

Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Goranboy, Daşkəsən, Laçın, Kəlbəcər, Zəngilan, Qobustan, Neftçala, Yardımlı, Lerik, Xızı, Xaçmaz, Siyəzən, Şabran, Qusar, Naxçıvan, Culfa və Ordubadda fasilələrlə qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.


SON XƏBƏRLƏR

02 Mart 2025