Güclü külək Qax rayonunda yaşayış evinin dam örtüyünü uçurub.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Lələpaşa kəndində baş verib.
Belə ki, güclü külək nəticəsində Nahid Əzizxanova məxsus yaşayış evinin dam örtüyü qoparaq yaxınlıqdakı əkin sahəsinə düşüb.
Hazırda aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.