• Bakı C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.7659

    RUB - 1.7273

Bu marşrutların qalibi müəyyən edildi

CƏMİYYƏT

31 Yanvar 2025 | 18:39

Bu marşrutların qalibi müəyyən edildi

Vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə avtobus parkının yenilənməsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən daim diqqət mərkəzində saxlanılır.

Bu barədə Bakıvaxtı.az-a AYNA-dan məlumat verilib.

Bildirilir ki, bu sahədə görülən işlərin davamı olaraq, 62 və 217 nömrəli avtobus marşrutları üzrə müsabiqələr keçirilib və hüquqi şəxs "BakuBus" MMC qalib gəlib:

"Artıq fevralın 1-dən Xətai rayonunun Nəsirəddin Tusi küçəsini Sabunçu Dəmiryol Stansiyası ilə əlaqələndirən 62 nömrəli marşrut üzrə 27 elektrikli avtobus və “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Məmmədli qəsəbəsi ilə əlaqələndirən 217 nömrəli marşrut üzrə 13 ədəd CNG texnologiyalı avtobus sərnişinlərə xidmət göstərəcək.

62 nömrəli marşrutda gediş haqqı 0.50 AZN, 217 nömrəli marşrutda isə 0.55 AZN təşkil edir. Ödənişlər nağdsız qaydada həyata keçiriləcək".

Qeyd edilir ki, marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmət keyfiyyətinin və əlçatanlığın artırılması, təhlükəsizliyin və marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.


SON XƏBƏRLƏR