• Bakı C

    1.74 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

Əhaliyə göstərilən istilik xidmətinin tarifi dəyişib

İQTİSADİYYAT

02 Yanvar 2025 | 12:44

Əhaliyə göstərilən istilik xidmətinin tarifi dəyişib

 “Azəristiliktəchizat” ASC tərəfindən əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi sayğac quraşdırılmadığı halda aylıq 1 kvadratmetr üçün 30 qəpik səviyyəsində təsdiq edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tarif (qiymət) Şurası qərar qəbul edib.

Qərara əsasən, sayğac quraşdırıldıqda isə 1 Qkal üçün (təqribən 40-50 kvadratmetr sahə üçün) 14,6 manat həddində müəyyənləşdirilib.

Bildirilir ki, hazırda “Azəristiliktəchizat” ASC üzrə 1 m² sahə üçün istilik təchizatı xidmətinin maya dəyəri 1,10 manat təşkil edir. Lakin 2011-ci ildən bu sahə üzrə ödənişlər 1 m² sahə üçün 15 qəpikdir. Aradakı qiymət fərqi dövlət büdcəsindən ayrılan subsidiya hesabına qarşılanır. Bu sahədə yumşaq tarif siyasəti həyata keçirilməklə optimal tarifin müəyyənləşdirilməsi qərara alınıb. Bu tarif tənzimləməsi dövlət büdcəsindən asılılığın azalmasına, istilik təchizatının əhatəsinin genişləndirilməsinə və bu şəkildə xidmətin keyfiyyətinin yüksəldilməsinə şərait yaradacaq.


SON XƏBƏRLƏR

04 Yanvar 2025