Rusiya İsrail, İran və İraq üzərindən uçuşlara məhdudiyyətləri noyabrın 24-dək uzadıb.
Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) açıqlama yayıb.
Açıqlamaya görə, Rusiya aviaşirkətləri noyabrın 24-ə kimi İsrail, İraq və İran üzərindən uçuşlar həyata keçirə bilməyəcəklər.
Aviaşirkətlərə əlavə təlimatları gözləmək tövsiyə olunub.
Gülşən Şərif