• Bakı 14° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8441

    RUB - 0.0175

Xamenei İsrailə zərbə göstərişi verdi

DÜNYA

01 Noyabr 2024 | 00:40

Xamenei İsrailə zərbə göstərişi verdi

İranın ali dini lideri Əli Xamenei bazar ertəsi Ali Milli Təhlükəsizlik Şurasına İsrailə hücuma hazırlaşmaq göstərişi verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” üç İran rəsmisinə istinadla məlumat yayıb.

Mənbələr bildiriblər ki, Xamenei yüksək rütbəli hərbi komandirlərin dəymiş ziyanın miqyası ilə bağlı ətraflı hesabatını nəzərdən keçirdikdən sonra bu qərarı elan edib.

İddiaya görə, Xamenei dinləmələrdə deyib ki, İsrailin hücumunun miqyası, eləcə də itkilərin sayı - ən azı dörd əsgərin öldürülməsi – zərbələri gözardı etmək üçün çox böyükdür və cavab verməmək məğlubiyyəti etiraf etmək deməkdir.

Mənbələr bildiriblər ki, İranın ABŞ seçkilərindən əvvəl zərbə ehtimalı daha azdır, çünki Xamenei gərginləşmədən faydalana biləcək Trampa kömək etmək istəmir.

Qeyd edək ki, bundan öncə CNN İranın ABŞ-dakı prezident seçkisinə, yəni 5 noyabra qədər İsrailə zərbə endirəcəyi ilə bağlı öz mənbələrinə istinadla məlumat yaymışdı.


SON XƏBƏRLƏR

31 Oktyabr 2024