• Bakı C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.7969

    RUB - 1.5741

Dünya liderləri 7 yaş QOCALIB

DÜNYA

30 Noyabr 2024 | 23:11

Dünya liderləri 7 yaş QOCALIB

Dünya ölkələrinin liderlərinin orta yaşı artıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə "The Economist" jurnalında dərc edilən məqalədə bildirilib.

Qeyd olunur ki, 2025-ci ilə gedən dünya liderləri, orta hesabla, həmişəkindən daha yaşlıdırlar. Son 50 ildə dünyanın bütün ölkələrinin liderlərin orta yaşı 55-dən 62-yə yüksəlib.

1982-ci ildən Kameruna rəhbərlik edən Pol Biyan dünyanın ən yaşlı lideridir. O, hazırda 91 yaşındadır.

Məqalə müəllifi vurğulayır ki, son 50 ildə tibb sahəsində inkişaflar liderlərə daha uzun yaşamağa imkan verib.

Nəşr bildirir ki, liderlərin yaşlı olması problem deyil: "Ancaq yaşla birlikdə fiziki və zehni olaraq yavaşlama qaçılmazdır. Tədqiqatlar göstərir ki, yaşlı siyasətçilər gənclərin ehtiyacları ilə daha az maraqlanır və uşaqların rifahına daha az, yaşlılar üçün isə daha çox pul xərcləyirlər".


SON XƏBƏRLƏR

01 Dekabr 2024
30 Noyabr 2024