Argentinada lazımi icazələr alınmadan tikinti işlərinin aparıldığı 10 mərtəbəli otelin uçması nəticəsində bir nəfər ölüb.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Argentinanın Buenos-Ayres əyalətinin Villa Gesell bölgəsində tikintisi lazımi icazələr alınmadan aparılan 10 mərtəbəli "Dubrovnik" oteli dünən səhər saatlarında uçub.
Uçduqdan sonra axtarış-xilasetmə qrupları sürəti azaltmadan otelin dağıntıları altında işlərə başlayıb və indiyədək 1 nəfərin xilas edildiyi bildirilib.
Ən azı 15 nəfərin qaldığı otelin çökməsi nəticəsində 80 yaşlarında bir şəxsin öldüyü açıqlanıb.
Əli Hüseynov