"Rusiya və Ukrayna münaqişənin ilkin şərt olmadan həlli üçün danışıqlar başlamalıdır".
Bakıvaxtı.az "Kommersant"a istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
Onun fikrincə, Minsk də danışıqlar masası arxasında olmalıdır:
"Qərb nəhayət başa düşüb ki, Ukraynada danışıqlar aparmaq lazımdır. Bu gün heç-heçə ola bilər. Yer üzərində vəziyyət hər gün dəyişir. İndi hər şey Ukrayna prezidenti Vladimir Zelenskinin üzərinə düşür. Ukrayna döyüş meydanında qalib gəlməyəcək. Ukraynalılar və Qərb bunu artıq başa düşür. Biz hərəkət etməliyik, danışıqlar aparmalıyıq".
Lukaşenko həmçinin bildirib ki, Belarus danışıqlar masası arxasında olmalıdır. O, ölkəsi üçün təhlükəsizlik təminatlarını müzakirə etmək istəyir.
Gülşən Şərif