ABŞ-də prezident seçkiləri ərəfəsində vitse-prezident Kamala Harrisin ölkənin ilk qadın prezidenti olması ehtimalı daha əvvəl prezident və vitse-prezidentliyə namizəd olmuş digər qadın siyasətçilərin vəziyyətini gündəmə gətirib.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ prezidenti Co Bayden namizədliyini geri götürdükdən sonra demokratlar Ağ Ev rəhbərliyinə vitse-prezident Harrisin namizədliyini irəli sürüblər.
Noyabrın 5-də keçiriləcək seçkilərdə qalib gəlsə, Harris ölkə tarixində ilk qadın prezident olacaq.
Ölkə tarixində bir çox qadın ABŞ prezidenti və ya vitse-prezident olmağa cəhd etsə də, bu qadınların çoxu kiçik partiyaların namizədi olduqları və ictimaiyyət arasında seçilə bilmədikləri üçün prezidentlik yarışında yer tapa bilməyiblər.
ABŞ-nin siyasi tarixində Demokratlar Partiyasından prezidentliyə namizəd Harris kimi adları prezident və vitse-prezidentlik üçün çəkilən bir neçə qadın siyasətçi arasında titul qazanmağa ən yaxın olan Hillari Klinton olub.
Son illər ABŞ-də siyasi arenada qadın liderlərin olması artıb. 2024-cü il prezident seçkiləri qadın namizədlərin yüksələn performansının nə qədər uzağa aparıla biləcəyini ortaya qoyacaq.
Əli Hüseynov