Bolqarıstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 27-də keçiriləcək növbədənkənar ümumi seçkilərdən sonra qurulacaq 51-ci parlamentdə 8 partiya və koalisiyanın iştirak edəcəyini açıqlayıb.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, 6,6 milyon qeydə alınmış seçicinin olduğu ölkədə seçkidə 19 siyasi partiya və 9 koalisiya mübarizə aparıb. Seçkidə 2 milyon 570 min seçici səs verib.
Səslərin hesablanmasından sonra rəsmi nəticələri açıqlayan MSK 240 yerlik parlamentdə 8 partiya və koalisiyanın təmsil olunacağını açıqlayıb.
Əli Hüseynov