• Bakı 13° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bakıda Ukraynanın səsi eşidilməlidir - Nazir

DÜNYA

01 Noyabr 2024 | 00:53 | Müəllif: Subhan Mahmudov

Bakıda Ukraynanın səsi eşidilməlidir - Nazir

İqlim dəyişikliyi iqtisadiyyatımızın hər bir sahəsinə təsir edir və biz buna uyğunlaşmalıyıq. Ölkəmizin yenidən qurulması prosesində biz baş verən dəyişiklikləri nəzərə almalı, müasir texnologiyalardan istifadə etməliyik.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Svetlana Qrinçuk bildirib.

"Artıq qlobal məqsəd müəyyən edilib - biz ölkəmizi yaşıl yolla bərpa edəcəyik. Ancaq indi biz nəinki bu barədə danışmalıyıq, həm də bu yaşıl bərpanın tam olaraq necə baş verəcəyi ilə bağlı konkret həlləri birgə işləyib hazırlamalıyıq. Bu, Bakıda COP29-da bizim işimizin və mövqeyimizin əsas mesajlarından və əsas istiqamətlərindən biri olacaq. Bu platformada biz Ukrayna mühitinin məruz qaldığı itkilər və iqlim dəyişikliyi ilə qlobal mübarizə prosesi haqqında danışmalıyıq", - nazir deyib.

Qrinçukun sözlərinə görə, Ukrayna COP29-da digər iştirakçılarla iqlim maliyyələşdirilməsinə dair qlobal mexanizminin işlənib hazırlanması haqqında danışacaq:

“Bu məsələdə Ukraynanın səsi eşidilməlidir. Biz bərpa olunmağa, uyğunlaşmağa və bu ədalətsiz müharibədə sağ qalmağa kömək edəcək maliyyə alətlərinə çıxış əldə etməliyik”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026