• Bakı 14° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Havayda atışma - 4 nəfər ÖLÜB

DÜNYA

02 Sentyabr 2024 | 09:36 | Müəllif: Əli Hüseynov

Havayda atışma - 4 nəfər ÖLÜB

ABŞ-nin Havay ştatında atışma nəticəsində 4 nəfər ölüb, daha iki nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Associated Press” rayon polisinə istinadla məlumat yayıb.

Məlumata görə, hadisə qonşular arasında mübahisə zəminində baş verib. Bu zaman cinayətkar tapançadan atəş açıb və üç nəfəri öldürüb, lakin özünü də ev sakinlərindən biri güllələyib. Atıcını öldürən şəxs daha sonra polis tərəfindən saxlanılıb və ikinci dərəcəli qətldə ittiham olunub.

Yaralılar xəstəxanaya yerləşdirilib və onların vəziyyəti ağırdır.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026