• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bayden prezidentliyə namizədlərin təhlükəsizliyi ilə bağlı qanunu imzaladı

DÜNYA

02 Oktyabr 2024 | 09:21

Bayden prezidentliyə namizədlərin təhlükəsizliyi ilə bağlı qanunu imzaladı

ABŞ lideri Cozef Bayden prezidentliyə və vitse-prezidentliyə namizədlərin təhlükəsizliyini təmin etmək üçün ölkənin Məxfi Xidməti tərəfindən görülən tədbirləri gücləndirən qanun imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Evin Mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Sənəddə qeyd edilir ki, Bayden çərşənbə axşamı "Birləşmiş Ştatların Məxfi Xidmətindən prezidentləri, vitse-prezidentləri və aparıcı prezident və vitse-prezidentliyə namizədləri qorumaq üçün lazım olan agentlərin sayını müəyyən etmək üçün vahid standartlar tətbiq etməyi tələb edən" qanunu imzalayıb.

Bundan əvvəl qanun layihəsi ABŞ Konqresinin hər iki palatası tərəfindən təsdiqlənib.

Xatırladaq ki, ABŞ prezidentliyinə namizəd Donald Tramp iki dəfə hücuma məruz qalıb. Tramp birinci hücumda xəsarət alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026