İraqda bir ilə yaxındır boş qalan parlament sədri kürsüsünə keçmiş parlament sədrlərindən Mahmud Meşhedani seçilib.
Bakıvaxtı.az İraqın rəsmi xəbər agentliyi İNA-nın məlumatına istinadla xəbər verir ki, parlamentdə 271 deputatın iştirak etdiyi səsvermənin ilk turunda Məşhədani 153, digər namizəd Səlim İsavi isə 95 səs toplayıb.
Birinci turda heç bir namizəd seçilmək üçün kifayət qədər səs toplamadığından, səsvermənin ikinci turu keçirilib.
İkinci turda Meşedani 140, rəqibi İsavi isə 34 səs toplayıb.
Beləliklə, ikinci turda seçilmək üçün kifayət qədər səs toplaya bilən Meşhedani parlamentin yeni sədri olub.
Əli Hüseynov
















