• Bakı 17° C

    1.37 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Avropada istixana qazlarının həcmi azalıb

DÜNYA

01 Noyabr 2024 | 08:35 | Müəllif: Əli Hüseynov

Avropada istixana qazlarının həcmi azalıb

2023-cü ildə Avropa İttifaqında atmosferə atılan istixana qazlarının həcmi 8,3 faiz azalıb.

Bakıvaxtı.az xəbər verir ki, statistikanı Avropa Komissiyası yayıb. Bildirilib ki, bu, son 10 ildə ən yaxşı göstəricidir. Yalnız 2020-ci ildə azalma 9,8 faiz olmuşdu ki, bu da koronavirus pandemiyası dövrünə təsadüf edir.

İstixana qazlarının ən çox hasil olduğu ölkələrdən olan ABŞ-da azalma cəmi 1,4 faizdir. Hindistanda isə, bunun əksinə 6,1 faizlik artım qeydə alınıb.

Avropa Ətraf Mühit Agentliyi bildirir ki, 1990-cı illə müqayisədə İttifaqda istixana qazlarının həcmi 37 azalıb. Lakin 2030 və 2050-ci il hədəflərinə çatmaq üçün hələ çox iş görülməlidir. /Azərtac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026