Sudanda vəba epidemiyası səbəbindən həyatını itirənlərin sayının 852-yə yüksəldiyi bildirilib.
Bakıvaxtı.az xəbər verir ki, Sudan Səhiyyə Nazirliyindən verilən açıqlamada ölkədə vəbaya yoluxanların ümumi sayının 29 min 147-yə çatdığı bildirilib.
Həmçinin, açıqlamada vəba epidemiyası səbəbindən həyatını itirənlərin sayının 852-yə yüksəldiyi qeyd edilib.
Qeyd edək ki, Sudanda iyun ayından bəri təsirli olan yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub.
Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.
Əli Hüseynov
















