• Bakı C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.7426

    RUB - 1.6534

Vyetnam Kommunist Partiyasına bu şəxs rəhbərlik edəcək

DÜNYA

03 Avqust 2024 | 10:05

Vyetnam Kommunist Partiyasına bu şəxs rəhbərlik edəcək

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu ölkə prezidenti To Lamı partiyanın Mərkəzi Komitəsinin baş katibi vəzifəsinə seçib.

Bakıvaxtı.az VNA dövlət xəbər agentliyinə istinadla xəbər verir ki, bu gün səhər saatlarında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu keçirilib. Siyasi Büronun üzvü, Vyetnam Prezidenti To Lam yekdilliklə partiyanın Mərkəzi Komitəsinin baş katibi seçilib.

Beləliklə, To Lam Vyetnamda ən yüksək partiya və hökumət vəzifələrini birləşdirən Vyetnam Sosialist Respublikasının qurucusu Xo Şi Mindən sonra ölkənin üçüncü lideri olub.

Altmış yeddi yaşlı To Lam müxtəlif illərdə dövlət təhlükəsizlik orqanlarının strukturunda rəhbər vəzifələrdə çalışıb və bu ilin mayında Vyetnam Sosialist Respublikasının prezidenti seçilib.


SON XƏBƏRLƏR

14 Yanvar 2025