• Bakı 13° C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Bu şəxslərə geyim üçün kompensasiya ödənilir - SƏBƏB

CƏMİYYƏT

31 Mart 2026 | 08:51

Bu şəxslərə geyim üçün kompensasiya ödənilir - SƏBƏB

Ordu sıralarından son yaş həddi ilə tərxis olunan hərbi qulluqçulara xidmət dövründə verilməsi nəzərdə tutulan, lakin faktiki götürmədikləri əşya-əmlak təminatına görə pul kompensasiyası ödənilir.

Bakıvaxtı.az xəbər verir ki, bu ödəniş Müdafiə Nazirliyinin müəyyən etdiyi norma və hesablama qaydalarına uyğun şəkildə təyin olunur.

Bununla yanaşı, paltar pulu kompensasiyası almaq istəyən şəxslər sənədləri ərizə ilə birlikdə Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi - Arxa Cəbhə İdarəsinin Əşya Xidmətinə göndərməlidirlər.

Kompensasiya müraciətləri yalnız poçt vasitəsilə qəbul olunur.

Murad İsmayıl


SON XƏBƏRLƏR

30 Mart 2026