• Bakı 13° C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Asqırmağı dayandırmaq FƏSADLARA SƏBƏB OLUR

CƏMİYYƏT

31 Mart 2026 | 08:57

Asqırmağı dayandırmaq FƏSADLARA SƏBƏB OLUR

Uşaq anestezioloqu David Kallexo asqırmağı saxlamağın ilk baxışdan göründüyündən daha ciddi fəsadlar yarada biləcəyi barədə xəbərdarlıq edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABC məlumat yayıb.

Mütəxəssisin sözlərinə görə, asqırmaq orqanizmi yad cisimlərdən təmizləyən mühüm müdafiə reaksiyasıdır. Bu proses zamanı burun və boğaz boşluğundan hava saatda 160 kilometr sürətlə xaric olur.

Həkim bildirib ki, ağız açıq olduqda təzyiq sərbəst şəkildə kənara çıxır. Lakin ağız bağlandıqda yaranan təzyiq bədənin digər nahiyələrinə yönəlir və bu da müxtəlif problemlərə səbəb ola bilər.

Ekspert xəbərdarlıq edib ki, asqırmağın qarşısını almağa cəhd etmək üz və gözlərdəki qan damarlarının partlamasına, qulaq pərdəsinin zədələnməsinə, udlağın yırtılmasına, hətta kəllədaxili qanaxma kimi ağır nevroloji fəsadlara gətirib çıxara bilər.

D.Kallexo qeyd edib ki, tibb tarixində bu cür hallara cəmi 60 dəfə rast gəlinib. Bununla belə, zərərçəkənlərin böyük əksəriyyəti gənc və tamamilə sağlam insanlar olub.


SON XƏBƏRLƏR

30 Mart 2026