• Bakı 11° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Ucarda qəza: xəsarət alan var - FOTO

HADİSƏ

30 Mart 2026 | 19:20

Ucarda qəza: xəsarət alan var - FOTO

Ucarda yol qəzası olub, xəsarət alan var.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Şahlıq kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “BMW” markalı minik maşını idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb. Nəticədə 1998-ci il təvəllüdlü Aysel Allahverdiyeva xəsarət alaraq, Ucar Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib.

Ucar Rayon Mərkəzi Xəstəxanasından saytımıza verilən məlumata görə, saat 14:00 radələrində Ucar rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1998-ci il təvəllüdlü qadın Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım bölməsinə hospitalizasiya olunub.

Ona onurğanın boyun nahiyəsinin sınığı, dəqiqləşdirilirməmiş kəllədaxili travma diaqnozu təyin edilib.

Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.


SON XƏBƏRLƏR